Ermənistan XİN: “Türkiyə ilə heç bir danışıqlar aparılmır”

Ermənistan XİN: “Türkiyə ilə heç bir danışıqlar aparılmır”

“Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün heç bir danışıqlar aparılmır”.

 

24Media xəbər verir ki, bu barədə Ermənistan XİN-i “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.

 

 

“Erməni və türk diplomatların kontaktı yalnız beynəlxalq gündəliyin bəzi məsələlərinin müzakirəsi ilə məhdudlaşır”-deyə Nazirlik əlavə edib.

 

Xatırladaq ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası barədə müzakirələr aktivləşib.