"Erməni silahlı qüvvələrinə maddi dəstək verən saytlar yararsız hala gətirildi" - Azərbaycanlı hakerlə MÜSAHİBƏ

Müharibə təkcə real dünyada deyil, o cümlədən, virtual dünyada da davam edir.  24Media-nın bu dəfəki müsahibi 21 yaşlı, məşhur azərbaycanlı haker Səfər bəy kiber müharibədə erməni səhifələrinə qarşı komandası ilə birgə gördüyü işlərdən və öz şəxsi fəaliyyətindən danışdı. O cümlədən, sosial media hesablarımızı qorumaqla bağlı faydalı tövsiyələr də verdi. Müsahibəni sizlərə təqdim edirik :

- Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.

Salam, mən Cyber( Səfər). 21 yaşım var. Qarabağlıyam. Klaviaturadan çıxan "klik" səslərinin aludəçisiyəm.

- Hakerlik fəaliyyətinə necə başladınız ? 

Belə deyim, mənim bu "xəstəliyim" 2005-ci ildə atamın mənə stolüstü kompüter alması ilə başladı . Hər dəfə kompüter arxasında əyləşəndə hiss edirdim ki, kompüterin danışmağa ağzı var , sadəcə onun dili olmaq üçün azca səy göstərmək lazımdır. O gündən mütəxəssis olaraq yetişməyim üçün hər saniyə səy göstərirəm. Arzum idi ki, bu sahədə düzgün istiqamətdə vətənə , dövlətə bir xeyrim dəysin. Xəyallarımdan biri mütəxəssislərin olduğu bir komanda qurmaq idi və indi Azərbaycanda ən tanınmış "Cyber Hack Team" komandasının  lideri və qurucusuyam.

- Komandanız haqqında nə deyə bilərsiniz ?

Təəssüf ki, "Cyber Hack Team" üzvləri haqqında sizə dərin məlumat verə bilməyəcəm. Bunu deyə bilərəm ki, komanda daxilində fəaliyyət göstərən heyətin hamısı bu sahədə öz sözünü demiş insanlardır. Honkonq, Pakistan, Rusiya, Türkiyə və Azərbaycandan qrup üzvlərimiz var və aktiv olaraq çalışırlar. Bir komanda olaraq məqsədimiz isə Qarabağı və Xocalı soyqırımını dünyaya tanıtmaqdır.

- Erməni səhifələrinə qarşı gördüyünüz işlər haqqında nə deyə bilərsiniz ?

Müharibə bugünkü dövrdə kiber olaraq dünyaya səs salır. Çünki silah yolu ilə əldə oluna bilməyəcək məlumatları bir klik ilə almaq olur və qarşı tərəf sülh bağlamağa məcbur olur. Bu da can itkisinin olmaması, anaların gözü yaşlı qalmaması mənasına gəlir. Gün ərzində mənə orta hesabla 346 ismarıc ünvanlanır : bizə təşəkkür edib minnətdarlığını bildirənlər, erməni səhifələrini silməyimiz haqqında külli miqdarda ismarıclar, bizdən dərs vəsaiti almaq istəyənlər, bu peşə ilə maraqlananlar və təssüflər olsun ki, qanunsuz yol ilə qarşı tərəfin şəxsi məlumatlarını əldə etmək istəyən müştərilər yazırlar. Indiyə qədər ümumilikdə , təxminən ,117 erməni instagram hesabı yararsız hala gətirilmiş, 64 veb saytına tərəfimizdən müdaxilə olunmuşdur. O cümlədən , "Qarabağ Azərbaycana məxsusdur" kimi yazılar yerləşdirilmiş, Ali baş komandanın və ümummilli liderimiz Heydər Əliyevin şəkilləri qoyulmuşdur. Bu yaxınlarda isə erməni mediasına səs salan 17 böyük həcmli və iri miqyasda zərər kəsb edən hücumlarımız olmuşdur. Bu barədə Samvel Martirosyan öz rəsmi "Facebook" səhifəsində paylaşıb, zərərin böyük olduğunu hər sətirdə vurğulayıb. Saytlar arasında erməni silahlı qüvvələrinə maddi dəstək verən cba.am və armbanks.am  tərəfimizdən yararsız vəziyyətə gətirilib və maddi dəstəyi 2 gün 6 saat dayandırıb. Bir vətən oğlu olaraq bacardığımızı  edə biləcəyimiz bir məkanda layiqincə cavab verərək şəhidləri təhqir edən səhifə və şəxsləri mediadan sildik. Ermənistanın "UCOM" providerinə məxsus 30.000 Ermənistan router və modemini sındırdıq. Bunların içində serverlər və ip kameralar belə var. Bu hücum hek olunan 2 min modem və routerlərimizə cavab olaraq etdiyimiz bir əməliyyat idi.

- Sizə başqa şəxslərin profillərini qırmaq üçün müraciət edən insanlar olur dediniz, bu haqda başqa nə deyə bilərsiniz ?

Bəli, "Instagram", "WhatsApp" və s.hesabların qırılması barədə hədsiz sayda müraciət olur, mənə həddən artıq qonorar təklif edirlər. Amma  Azərbaycan Respublikasının Qanunvericilik aktlarına əsasən , kiber cinayət və şəxsi həyata müdaxilə maddələri ilə  məni külli miqdarda cərimə ve 5 ildən 7 ilə qədər həbs qətimkan tədbiri gözləyə bilər, buna görə də  komandam və mən qanundan kənar işlərdən hər daim uzaq durumuşuq  və dövlətimə, millətimə kiber aləmdə bacardığımız qədər dəstək olmaq  uğurunda mübarizə aparırıq!

- Bəs profillərimizi necə qoruya bilərik ?

Sosial media hesablarına şifrə təyin edərkən həddindən artıq qarışıq simvollardan istifadə etməyinizi və şifrə təyin edərkən ailənizdən, şəxsiyyət ve sevdiyiniz şeylərdən uzaq , çox adiyyatı olmayan söz və söz birləşmələrindən istifadə etməyinizi məsləhət görürəm. Hansı sosial media sizə 2 faktorlu doğrulama funksiyasının təqdim edirsə, mütləq istifadə edin bütün mail və sosial məcralarda !

- Hakerlikdən başqa nə kimi fəaliyyətləriniz var?

Kənan MM , Elnur Həsənov kimi bir çox məşhurların "İnstagram" hesablarının SMM işləri , hesabın qorunması , aktivliyin artırılması , reklam işlərini mən idarə edirəm. İndi bir-ikisini sadaladım , amma belə yüzlərlədir.

- Oxuculara nə tövsiyə edərdiniz ?

Oxuculara məsləhətim budur ki, çalışın, veb dünyasında tanımadığınız , bilmədiyiniz internet səhifələrinə daxil olmayın . Əks halda bütün şəxsi məlumatlarınız və bank kartı məlumatlarınız fırıldaqçı insanların əlinə keçə bilər. Sizə göndərilən linklərə daxili olmayın ki, heç bir şantaj və hədədən zərər çəkməyəsiniz. Unutmayın,  sosial şəbəkələrdə olan hesablarınız da bir şəxsiyyətdir . Şifrələri heç kim ilə bölüşməyin. Çalışın ki, həmişə maarifləndirmə məqsədi ilə əyləncəli videolar çəkin , məzmunu boş,  mənasız,  ssenarisi olmayan, Azərbaycan gəncliyini zəhərləyən videolar yox (videobloger'lərə aiddir). Unutmayın ki, düşmən tərəfinin gözü həmişə üstümüzdədir ki, cüzi bir şeydə üstümüzə sosial şəbəkələrdə hücum çəksinlər.