Enerji sektorunda 4 milyonadək insan işsiz qalıb

Enerji sektorunda 4 milyonadək insan işsiz qalıb

Qlobal enerji sektorunda 4 milyonadək insan işsiz qalıb.
24Media xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
IEA-nın icraçı direktoru vurğulayıb ki, şirkətlər iflasın qarşısını almaq üçün sərmayələrini azaldır, iş yerlərini ixtisar edir. Hazırda dünyada kütləvi ixtisar dalğası var. Belə ki, enerji sektorunda 4 milyona yaxın insan artıq öz işini itirib.