"Ekologiya carçıları" layihəsinin növbəti tədbiri Zaqatalada baş tutub

"Ekologiya carçıları" layihəsinin növbəti tədbiri Zaqatalada uğurla başa çatıb.
Layihənin əsas məqsədi sağlam ruhlu gənclərin yetişməsi, ekologiyanın qorunmasına töhfə verməkdir.

24media.az xəbər verir ki, layihənin təlimçisi, Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı bildirib ki, Davamlı inkişaf konsepsiyası baxımından vətəndaşlarımızın, xüsusilə də gənclərin rolu ölkəmizdə ekologiyanın qorunması istiqamətində aparılan siyasətdə çox əhəmiyyətlidir.

Təlimdə Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi, layihə rəhbəri Səbinə Balayeva və layihənin eksperti Leyla Məmmədova, Dövlət İdarəetmə və Texnologiyalar Kollecinin direktoru Həzrət Qocayev və digərləri çıxışlarında gənclərin Davamlı inkişafının 17 məqsədinin önəmindən, xüsusilə ekologiyanın qorunması ilə bağlı məqsədlərdən söz açıblar. Daha sonra isə tədbir iştirakçıları müxtəlif komandalara bölünərək ekologiya mövzusunda fərqli sahələr üzrə simulyasiya debatlar təşkil etmiş və komandaların spikerləri tərəfindən təqdimatlar həyata keçirilmişdir.