Dünyanın ikinci ən böyük moda şirkətinin satışları 50% azalıb

Dünyanın ikinci ən böyük moda şirkətinin satışları 50% azalıb

Bu il iyunun 1-nə dünyanın ikinci ən böyük moda pərakəndə satış şirkəti “H&M”in 3 ayıq xalis satışları illik müqayisədə 50% azalaraq 28,7 milyard krona (3,1 milyard ABŞ dollara) enib.

24Media bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, koronavirus pandemiyası səbəbi ilə bağlanan mağazalarını aprelin sonlarından etibarən tədricən açmağa başlayan şirkətin təkcə iyun ayının ilk 13 günündə satışları yerli valyuta ilə 30% azalıb.

Belə ki, satış göstəriciləri açıqlandıqdan sonra “H&M”in səhmlərinin dəyəri iyunun 12-də beynəlxalq bazarlarda ilin əvvəli ilə müqayisədə 24% azalıb.

Qeyd edək ki, ötən həftə “H&M”in ən əsas rəqibi İspaniyanın “Inditex” şirkətinin şatışları bu ilin fevral-aprel aylarında illik müqayisədə 44% azaldığını açıqlamışdı.