Dünyanın ən ərköyün uşaqları

Dünyanın ən ərköyün uşaqları

Müasir valideynlərin ən çox yol verdikləri səhvlərdən biri uşaqların bütün istəklərini yerinə yetirərək onları ərköyün böyütmələridir. Belə böyüyən uşaqlar gələcəkdə uğursuzluq qarşısında tez ruhdan düşür, həyatda müstəqil mövqe tutmaqda çətinlik çəkirlər.

24Media dünyanın ən ərköyün uşaqları və onların həyat tərzi haqqında məlumatı təqdim edir.

Suri Kruz

O, kiçik bir qızın xəyal edə biləcəyi hər şeyə sahibdir. 10 yaşlı Suri Kruzun evlərinə naqilsiz rabitə ilə bağlana bilən, istilik və su sistemli, 2.4 metr hündürlüyündə oyuncaq evi var. Həmin oyuncaq evin qiyməti 24 min dollardır.

Surinin bütün geyimlərinin ümumi dəyəri 3 milyondur. Onun əksər geyimləri “D&G”, “Chloe”,  “Gucci”,  “Juicy Couture” kimi markalara aiddir.

              

“MacBook” qız

Anasının doğum günündə ona aldığı hədiyyəni açıb istəmədiyi telefon modelini görən bu qız evdəki 4 “MacBook”dan birini sındırıb.

Noutbuku qırdıqdan sonra o, yenisini almaq üçün izləyicilərindən kömək istəmək qərarına gəlib.

Onun niyə görə 4 ədəd “MacBook”u var?

Qızın sözlərinə görə, noutbukların hər birini fərqli məqsədlər üçün istifadə edir. Biri ilə mesaj göndərir, biri ilə mesajlara cavab verir, birini sadəcə çəhrayı klaviaturası olduğu üçün istifadə edir, digəri isə sevmədiyi mesajları bloklamaq üçündür.

Lil Tey

Bir səhər oyanıb varlanmaq və sosial mediadakı ən məşhur uşaq olmağı qarşısına məqsəd qoyan Lil Tey “YouTube” platformasında bir neçə video ilə 100 mindən çox abunəyə sahib olub. Videolarında əlində yüzlərlə dollar pul gəzdirən qızın gerçək kimliyini heç kim bilmir.

İnsanlara alçaldıcı sözlər deyən balaca qızın ailəsi ilə problemləri olduğu güman edilir. Lakin o, müsahibələrində bunu bilərəkdən etdiyini vurğulayıb. Qızının çəkdiyi videolara görə anası öz işini itirib. Hətta ailəsi onlara gələn şikayətlərdən bezərək yaşadıqları yeri tərk edib başqa ölkədə yaşamağa başlayıblar.

Çeys Makkenna

İstədiyi şeyləri atasına aldırmaq üçün sadəcə qəmgin şəkildə baxması kifayətdir. O, ölkədə istədiyi hər şeyi aldıra bilən “ən ərköyün uşaq” elan edilib.

Bu 12 yaşlı qızın qarderobunda sözün əsl mənasında “sərvət yatır”.

Sözsüz ki, uşaqların istəklərinə diqqət yetirmək lazımdır. Lakin valideynlər onlara bəzi hallarda “yox” deyə bilməyi öyrənməlidirlər. Beləcə, uşaqlar daha anlayışlı və məsuliyyətli olacaq, müstəqil həyatlarında çətinliklər qarşısında dözümlü olmağı öyrənəcəklər.