Dünyanın ən yaxşı gənc futbolçusu seçildi

Dünyanın ən yaxşı gənc futbolçusu seçildi

Fransanın “L'Equipe” nəşri dünyanın ən yaxşı gənc futbolçularının reytinqini açıqlayıb.

24Media xəbər verir ki, birinci yerə “Barselona” futbol klubunun 18 yaşlı hücumçusu Ansu Fati layiq görülüb.

İkinci yerdə Fransanın “Renna” futbol klubunun 18 yaşlı oyunçusu Eduardo Kamavinq, üçüncü sırada isə “Ayaks” dan hollandiyalı Rayan Qravenberx qərarlaşıb.

Fati İspaniya millisini beynəlxalq səviyyədə təmsil edir. Artıq əsas komandada debüt edib. Futbolçu dörd matçda bir qol vurub.