Dünyanın ən varlı adamının maaşı

Dünyanın ən varlı adamının maaşı

145 milyard dollar sərvətə sahib olan dünyanın ən varlı adamı Cef Bezosun aylıq maaşı məlum olub.  Milyarder illik 81 min 840, aylıq isə 6 min 820 dollar qazanır. Məşhur iş adamı sahibi olduğu “Amazon” şirkətini qurduğu gündən indiyə kimi, 20 ildir ki, eyni maaşı alır.

“Apple”, “Microsoft” kimi şirkətlərin sahibi ilə CefBezosun maaşı müqayisə edildikdə onun maaşı ən az olub.

  24Media Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Cef Bezos keçən il ABŞ-ın Kapital Bazarları Şurası tərəfindən  1 milyon 681 min 840 dollara layiq görülüb.

Kapital Bazarları Şurasının verdiyi məlumata görə, bu pulun 1 milyon 600 min dolları vəzifə mükafatı olaraq verilib. Bundan sonra isə Bezosun aylıq maaşı 6 min 820 dollar olub. Bu miqdar isə şirkətdə işləyən işçilərin aylıq maaşından 2 qat çoxdur. Əvvəlki il də eyni maaşı alan Cef Bezos şirkət qurduğu 1997-ci ildən indiyə kimi bu məbləğ artırmayıb. Belə ki, “Apple” şirkətinin sahibi Tim Kuk keçən il 3 milyon dollar maaş və 11,5 milyon dollar vəzifə mükafatı qazanıb. “Microsoft” şirkətinin sahibi isə 2,3 milyon dollar maaş, 42,9 milyon dollar isə vəzifə mükafatı qazanıb.

Qeyd edək ki, uşaq yaşlarından texniki elmlərə maraq göstərən Cef Bezos 6 yaşı olarkən buterbrod hazırlamaq üçün folqadan və şətirdən "günəş mikrodalğalı soba" düzəldir.