Dünyada uşaq əməyi son 20 ildə ilk dəfə artıb

Dünyada uşaq əməyi son 20 ildə ilk dəfə artıb

BMT, koronavirus böhranının milyonlarla uşağı işləməyə məcbur etməsi ilə bağlı xəbərdarlıq edir.

24Media "Guardian"a istinadən xəbər verir ki, “Unicef”, son iyirmi ildə ilk dəfə uşaq əməyinin artdığını və koronavirus böhranının milyonlarla uşağı eyni aqibətə yönəltdiyini açıqlayıb. Beynəlxalq Əmək Təşkilatı və BMT Uşaq Fondunun  birgə hesabatında, 2020-ci ilin əvvəlində uşaq əməyindəki sayın 160 milyon olduğu göstərilib.  Hesabata əsasən dörd ildə 8.4 milyon artım görülür.

Koronavirus böhranı dövründə təxminən 10 uşaqdan biri uşaq əməyinə yönəldilib və ən çox Afrikada bu artıma rast gəlinib.

Agentliklərin bildirdiyinə görə, pandemiya riskləri vəziyyəti daha da pisləşdirir. Yoxsul ailələrə kömək üçün təcili tədbirlər görülməsə, yaxın iki il ərzində təxminən 50 milyon uşağın, uşaq əməyinə məcbur edilə biləcəyi gözlənilir.

"Unicef" ​​rəhbəri Henrietta Fore, "Koronavirus böhranının onsuz da pis olan bir vəziyyəti daha da pisləşdirdiyini" vurğulayaraq, "Uşaq əməyinə son qoymaq üçün mübarizədə itiririk. Qlobal qapanmaların, məktəblərin bağlanmasının, iqtisadi vəziyyət və azalmış büdcələrin ikinci ilində ailələr çətin seçimlər etmək məcburiyyətində qaldılar." deyib.

"Unicef"in hesabatında bilirilib ki, son proqnozlar pandemiya səbəbindən yoxsulluğun artması halında, 2022-ci ilin sonunadək daha 9 milyon uşaq, uşaq əməyinə cəlb ediləcək.

Amma “Unicef”in​​ statistika mütəxəssisi Klaudiya Kappa bildirib ki, bu rəqəmin gözləniləndən beş dəfə çox olma ehtimalı var.