Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatır

Dünyada koronavirus pandemiyasına yoluxanların sayı sürətlə artır.

24Media xəbər verir ki, son statistikaya əsasən 213 ölkədə bu günə qədər ümumilikdə 5 milyon 910 min 145 nəfər COVID-19-a yoluxub.

362 min 114 insan epidemiyanın qurbanı olub. 2 milyon 583 min 502 nəfər isə sağalıb.

Virusa yoluxan ölkələrin siyahısında ilk yerdə yenə də ABŞ qərarlaşıb (1 milyon 768 min 461 yoluxma, 103 min 330 ölüm faktı).