Dünyada koronavirusa yoluxanların sayı 3 650 000-i ötdü

Dünyada koronavirusa yoluxanların sayı 3 650 000-i ötdü

Dünyada koronavirusdan 1 202 735 nəfər sağalıb, 252 548 nəfər isə ölüb.

24Media xəbər verir ki, indiyədək 3 657 733 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 180 634), İspaniya (218 011) və İaliyada (211 938) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 127 659 nəfər yoluxub, 3 461 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 98 647-dir. Son məlumata görə, bu ölkədə 277 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.