Dünya bazarında neftin qiyməti azalır

Dünya bazarında neftin qiyməti azalır

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco”nun oktyabr ayında Asiya və ABŞ-dan olan alıcılar üçün bütün sort neftlərin qiymətlərini endirəcəyi xəbərləri fonunda dünya bazarlarında neft qiymətləri azalır.

24Media “gazeta.ru” portalına istinadən xəbər verir ki, “Brent” markalı neftin barelinin qiyməti 47,77 ABŞ dollarına düşüb.

Eyni zamanda “Brent”in noyabr fyuçerslərinin dəyəri 42,1 dollar/barelə, WTI isə 39,06 dollar/barelə düşüb.