“Disney” əyləncə dünyası haqqında maraqlı FAKTLAR

“Disney” əyləncə dünyası haqqında maraqlı FAKTLAR

ABŞ-ın Florida ştatında yerləşən “Uolt Disney dünyası” ən çox ziyarət edilən tətil məkanlarından biridir. İl ərzində 52 milyondan çox turist buraya əylənmək üçün gəlir. Park ərazisinə “Sehrli krallıq”, “Heyvanlar aləmi”, “MGM studiyaları”, “Universal studiyalar”, “Dəniz aləmi” kimi əyləncə parkları, həmçinin 3 ayrı su parkı, 25 otel və alış-veriş mərkəzləri daxildir.

24Media sizə bu rəngarəng və əyləncəli şəhərcik haqqında maraqlı məlumatları təqdim edir:

“Disney dünyası” 2 Manhetten və ya 1 San-Fransisko şəhəri böyüklüyündədir.

1971-ci ildə istifadəyə verilən park ilk ziyarətçisinə bir il ərzində parkdakı bütün atraksiyonlardan pulsuz istifadə etmək imkanı verib.

İlk vaxtlarda parka giriş pulu sadəcə bir şüşə suyun qiymətinə bərabər idi. Təəssüf ki, sonradan qiymətlər bahalaşdı və günümüzdə bir günlük biletin qiyməti təxminən 102-109 dollardır.    

İnsanların ətrafa saqqız yapışdırmalarını istəməyən idarəçilər park ərazisində saqqız satışına qadağa qoyublar.

Gəzinti zamanı əl-üzünüzü yumaq üçün ətrafdakı su hövzələrindən istifadə etmək istəyirsinizsə, diqqətlə düşünün. Çünki bu sular nə qədər gözəl görünsələr də, bir o qədər çirklidir.

Dünyanın ən hündür fəvvarələrindən biri burada yerləşir. Epkot plazadakı fəvvarə 150 metr hündürlükdə fontan vurur.

Burada çalışanlara “işçi” deyilmir. Onlar sarayın üzvləri hesab olunurlar. Bu şəxslər nəyin harada yerləşdiyini qonaqlara 14 dildə təqdim edə bilirlər. Lakin onlardan uşaqlarınıza baxmaqlarını xahiş etməyin, çünki bu onların heç xoşuna gəlməyəcək.

Əyləncə mərkəzində yerləşən bütün otel və kurortlar nömrələrinin hər birində bir gecə qalmaq istəsəniz, buna 68 ilinizi sərf etməli olarsınız.

Bu şəhərcikdə hər gün orta hesabla 210 cüt eynək, 6000 mobil telefon, 3500 kamera və 1800 papaq itir.

“Disney dünyası” dəmiryolunda 1916-1928-ci illərdə 4 qatar istifadəyə verilmişdir. Hər il 1.5 milyon sərnişin daşıyan bu qatarlar buxar qatarları idi.

Uolt Disneyin park üçün böyük planları var idi. Bunlardan biri Epkotda eksperimental cəmiyyət yaratmaq idi. Plana görə alış-veriş mərkəzləri, yaşayış yerləri, restoranları və teatrları olan bu şəhərdə yaşamaları üçün 20 min adam seçiləcəkdi. Uolt D. dünyasını dəyişdiyi üçün layihə həyata keçirilmədi.