Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşdi

Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşdi

Argentinanın "Boka Xuiniors" klubu ilk dəfə keçirilən Dieqo Maradona Kubokunun qalibi olub.

24Media-nın məlumatına görə, əfsanəvi futbolçunun sabiq komandası finalda "Banfild"i üstələyib.

Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:3) "Boka Xuniors" kuboka sahib çıxıb.

Qeyd edək ki, turnirin daha əvvəl Liqa kuboku adlandırılacağı bildirilsə də, Mradonanın ölümündən sonra ona veteran hücumçunun adı verilib.