Deirvlon Games növbəti oyunu "Wordus"u yayımlayıb

Deirvlon Games növbəti oyunu

Deirvlon Inc. - Deirvlon Games komandası növbəti oyunu "Wordus"-u yayımlayıb.

24 Media xəbər verir ki, oyun artıq 150-dən çox ölkədə mövcuddur. Oyunun əsas məqsədi yoxlama/yanılma yolu ilə yeni dillər öyrənməyə kömək etməkdir. Oyun zamanı həm vaxta, həm də enerjiyə qənaət etməklə bir çox dili öyrənmək mümkündür. Oyuna daxil olduqda ana di̇li̇ni̇zi̇ və öyrənmək İstədi̇yi̇ni̇z xari̇ci̇ di̇li̇ seçməklə asanlıqla yeni dil bacarıqlarına yiyələnə bilərsiniz.

Qeyd edək ki, oyun zamanı əsas məqsəd ana di̇li̇ni̇zdə olan sözləri̇n xari̇ci̇ di̇ldə olan qarşılığını tapmaqdır. Bu yolla fərqli̇ di̇llərdə olan sözləri̇ qısa bi̇r zamanda öyrənmək imkanı əldə edi̇rsi̇ni̇z.

Oyunu əldə etmək üçün IOS sistemlərində bu linkə, Android sistemlərində isə bu linkə daxil ola bilərsiniz.