Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
24Media xəbər verir ki, turnirdə cüdoçumuz Kəramət Hüseynovun (60 kq) üçüncü yer uğrunda qazaxıstanlı Magzhan Şamsadini məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, təmsilçimiz otuzikidəbir finalda Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası), onaltıdabir finalda Nikolae Foça (Moldava), səkkizdəbir finalda Yaponiya təmsilçisi Ryuju Naqayamaya ilə qarşılaşmalarda qələbə qazansa da dörddəbir finalda fransalı Valide Xyara (FRA) məğlub olub. K.Hüseynov təsəlliverici görüşdə monqolustanlı Unubold Lxaqbayamtsa qalib gəlib.
Turnirin birinci günündə 4 cüdoçumuz mübarizə aparıb. Belə ki, Davud Məmmədsoy (60 kq) startda Romarik Vend-Yam Buda (Fransa), Leyla Əliyeva Rusiya təmsilçisi Sabina Gilyazovaya, Aişə Qrbanova (hər ikisi 48 kq) isə ispaniyalı Julia Fiqqueroaya start görüşündə məğlub olublar.
Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb.