COVID-19 ekologiyaya necə təsir göstərir?

COVID-19 ekologiyaya necə təsir göstərir?
COVID-19 ekologiyaya necə təsir göstərir?
COVID-19 ekologiyaya necə təsir göstərir?

Son günlərdə dünyada baş verən hadisələrlə bağlı xoş xəbər tapmaq çətin məsələyə çevrilib. Lakin buna baxmayaraq, dünyada yaxşı hadisələr də baş verməkdədir. Onlardan biri isə ekologiyanın təmizlənməsidir. Bəli, koronavirus dünyada baş verən çirklənmələrin qarşısını almağa başlayıb. Ekoloqların sözlərinə görə, yanvar ilə apreli müqayisə etdikdə görə bilərik ki, yanvara nisbətən apreldə havada olan zərərli maddələr azalmağa doğru gedir.

Atmosferi çirkləndirən əsas maddələrdən biri azot dioksididir. Onun mənbələri isə avtomobil mühərrikləri, fabrik və zavodlardır. Hazırda onların bir çoxu fəaliyyət göstərmədiyinə görə, bu zərərli maddənin səviyyəsinin azalması müşahidə olunur. Çində onun səviyyəsi 37%-ə qədər azalıb. 

Vyanada su kanalları daha təmiz olmağa başlayıb. Buna səbəb isə insanların indi orada olmamasıdır. Dünyanın ən böyük paytaxt şəhərləri olan Paris, London, Roma, Madrid kimi şəhərlərdə zərərli maddələrin səviyyəsinin azalması müsbət hal kimi qeyd olunur.

Bəs COVID-19 insanlara ətraf mühiti dəyərləndirməyi və qorumağı öyrədəcəkmi?

Ekoloqların sözlərinə görə, əgər karantin müddəti bitəndən sonra insanlar əvvəlki vərdişlərinə, ən əsası isə  təbiəti çirkləndirməyə davam etsələr vəziyyət getdikcə daha da pis ola bilər və hazırda təbiətdə baş verən özünü təmizləmə prosesinin heç bir faydası olmaz.