COVID-19-a yoluxan Arif İsmayılbəyli komaya düşüb

COVID-19-a yoluxan Arif İsmayılbəyli komaya düşüb

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini Arif İsmayılbəylinin həyat yoldaşı Mərziyyə xanım COVID-19-dan dünyasını dəyişib.

24Media xəbər verir ki, bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

O qeyd edib ki, sədr müavini A.İsmayılbəyli də koronavirus infeksiyasına yoluxub və hazırda komadadır: "Hazırda Arif bəy özü virusla mübarizə aparır. Allahdan Arif bəyə şəfa diləyir, tezliklə bu virusa qalib gəlib, aramıza dönməsini arzu edirik".

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.