“Clubhouse” nədir və necə istifadə olunur?

“Clubhouse” nədir və necə istifadə olunur?

Bu gün insanlar günün əsas hissəsini sosial mediada keçirir. Bu səbəbdən də sosial media platformaları durmadan inkişaf edir, hətta yeni platformalar yaranır. Bunlardan biri də son zamanlarda olduqca məşhur olan “ClubHouse”dur.


24Media bu dəfə sizlərə “clubhouse”dan bəhs edəcək. Adını son zamlar sıxlıqla eşitdiyimiz bu tətbiq 2020-ci ilin aprel ayından insanlar üçün əl çatandır. Bu tətbiq söhbət otaqlarından ibarətdir. İnsanlar bu otaqlardan istifadə edərək səsli əlaqə qura bilirlər. İnstaqram, feysbuk, tvitterdən fərqli olaraq, bu tətbiqdə görüntüdən və mətnlərdən istifadə etmək olmur. İnsanlar sadacə öz profil fotolarında görüntülərini paylaşa bilərlər. Burada səs mətn, fotoşəkil və videodan daha üstün tutulur.

                        
Bu yeni tətbiqin digər bir fərqi isə ondadır ki, bura qoşulmaq üçün siz dəvət almalısınız. Dəvətlər “clubhouse” istifadəçiləri tərəfindən həyata keçirilir. Əgər sizi dəvət edəcək biri yoxdursa, sistem sizin adınızı siyahıya alır və sıranız gəldikdə üzvlük əməliyyatınız həyata keçirilir. 

                        
“Clubhouse”da söhbət otaqlarının mövzuları rəngarəng olur. Siyasət, texnologiya, idman, sağlamlıq və.s mövzular üzərində söhbətlər qurulur. Siz bu söhbətlərdə həm dinləyici, həm də danışan ola bilərsiniz. Nəzərinizə çatdıraq ki, bu tətbiq yalnız adi insanlar tərəfindən yox, həm də məşhur siyasətçilər, jurnalistlər, təlimçilər tərəfindən istifadə olunur.

                    

Qeyd edək ki, bu tətbiq hazırda yalnız İOS-lar üçün əl çatandır. Populyarlığı gündən-günə artan tətbiqin yaxın günlərdə Android cihazlara da  uyğunlaşdırılacağı bildirilib.