Çiyələyin faydaları və çiyələk maskası

Çiyələyin faydaları və çiyələk maskası

Rəngi, qoxusu və dadına görə ən sevilən meyvələrdən biri olan çiyələyin həm faydalı, həm də zərərli xüsusiyyətləri var. 24media.az çiyələyin faydaları, zərərləri və çiyələk maskası haqqında məlumat verir.

Faydaları:
- Revmatizm ağrılarını yüngülləşdirir;
- Tərkibindəki turşular iltihabın yaxşılaşmasına kömək edir və xroniki xəstəliklərə qarşı qorunmanı təmin edir;
- Zehnin işinə müsbət təsir göstərir;
- Beyin funksiyasını inkişaf etdirərək “Altsheymer” xəstəliyinə tutulma riskini azaldır;
- Həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır;
- Çiyələyə qırmızı rəng verən maddə infarkt riskini azaldır və damarlardakı qan dövranını tənzimləyir;
- Susuzluğu aradan qaldırır;
- Çiyələk suyu üz dərisini canlandırır.

Çiyələyin dəriyə faydasını qeyd etmişkən, dəri yağlanmasını azaldan çiyələk maskasının reseptini verək:
Tərkibi:
Bu maska üçün 2-3 ədəd çiyələk əzməsi və 1 çay qaşığı limon suyu lazımdır.

Hazırlanması:
Çiyələkləri yaxşıca əzin, əzilmiş çiyələyin üzərinə 1 çay qaşığı limon suyunu əlavə edin. Bu qarışığı üzünüzə masaj edərək tətbiq etdikdən sonra 10 dəqiqə gözləyin. Sonra üzünüzü su ilə təmiz yuyun. Bu maskadan həftədə bir dəfədən artıq istifadə edilməsi məsləhət görülmür.

Çiyələk nə qədər faydalı bir meyvə olsa da digər qidalar kimi bəzi əks təsirləri də var. Həddən artıq istifadə edildikdə bəzi problemlərə yol aça bilər.

Zərərləri:

- Böyrəklərdə daş meydana gəlməsi ehtimalı olan insanlara çox miqdarda çiyələk qəbul etmək məsləhət görülmür;
- Həddən artıq istifadə mədə göynəməsi və köp yarada bilər;
- Dağ çiyələyini çox qəbul edildikdə qida zəhərlənməsinə səbəb ola bilər;
- Bəzi hallarda allergiyaya səbəb ola bilər.