Ceyms Şarp: “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?” - FOTO

Ceyms Şarp: “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?” - FOTO

“Bu axşam “Uembli” stadionunda keçiriləcək İngiltərə-Almaniya matçını səbirsizliklə gözləyirəm”.

24Media xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

O, 1966-cı ildə keçirilən Dünya çempionatının İngiltərə-Almaniya final matçının başlanmasından əvvəl çəkilən fotonu paylaşıb

“Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?”, - deyə səfir paylaşıma şərh yazıb.

Xatırladaq ki, Dünya çempionatının 1966-ci ilin İngiltərə-Almaniya final qarşılaşmasında Tofiq Bəhramov verdiyi qərarla dünya futbolu tarixində silinməz iz buraxıb. Oyunun yan xətt hakimi olan həmyerlimiz mübahisəli qol epizodunda baş hakimə təkidlə mərkəz nöqtəni göstərib və topun qapı xəttini keçdiyini bildirib. Sonradan İngiltərə millisi daha bir dəfə fərqlənərək dünya çempionu adına yiyələnsə də, sözügedən final həmişə Tofiq Bəhramovun verdiyi qərarla xatırlanıb.

Qeyd edək ki, İngiltərə millisi bu gün Avro-2020 turniri çərçivəsində Almaniya millisi ilə qarşılaşacaq.