Çavuşoğlu: “Azərbaycan da olsa, eynisini edərdi”

Çavuşoğlu: “Azərbaycan da olsa, eynisini edərdi”

“Vətəndaşlarımızı təxliyyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik”.

24media.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial şəbəkəsindəki səhifəsində koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşlarının təxliyyəsi ilə əlaqədar yazıb.

M. Çavuşoğlu bildirib ki, Azərbaycan da olsa, eynisini edərdi: “Can Azərbaycana canımız fəda!”.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi  Ankaradakı  Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna  enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədəki digər heyət 17 xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.  

Çindən təxliyyə olunanların heç birində koronavirus (2019-nCoV) aşkarlanmayıb. Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçiriləcək.