Bu pulların ödənməsi üçün hamımızın cibindən çıxılacaq- Deputat

Bu pulların ödənməsi üçün hamımızın cibindən çıxılacaq- Deputat

Azərbaycanda bəzi qurumlar var ki, yüksək məbləğdə borcları var. Mənə maraqlıdır bu borca görə kimsə məsuliyyətə cəlb olunacaq yoxsa yox?


24Media anews.az-a istinadən xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Rüfət Quliyev deyib. 


Hesablama Palatasının 2020-ci ilinin rəyinin müzakirəsində gördük ki, bəzi qurumlar çox yaxşı işləyib, bəziləri isə əksinə böyük pullar mənimsəyib. Palatanın yoxlanışları hazırda da davam edir. Açıqladığı nəticələrə görə, məsələn Bakı Nəqliyyat Agentliyi. Qeyd edib ki, bu qurumda 800 min manat əlavə pul xərclənib və Hesablama Palatası həmin pulu geri qaytardıb. Əlavə olaraq 125 min manat debitor borcunu da Hesablama Palatası ödətdirib. Bu cür hallar təkcə o qrumda deyil. Başqa məmurlarda da belə hallar baş verir. Maraqlıdır bu cür halların qarşısını almaq üçün kimsə məsuliyyətə cəlb olunacaqmı? 1 milyona yaxın pul az deyil. Bizdə elə qurum var ki, 2011-ci ildə 145 milyon qazancı olub, amma bu gün 7 milyard borcu var. Hamısı da xarici banklardan götürülən pullardır. Nəticədə bu pulların ödənməsi üçün hamımızın cibindən çıxılacaq. Bu cür dövlət qurumların rəhbərlərini tənqid edəndə narazı qalırlar. Azərbaycanda yaxşı işləyən dövlət qurumlarını da nümunə çəkmək mütləqdir. Məsələn bugün "Azəriqaz” "Azərenerji” "Azərişıq” çox yaxşı fəaliyyət göstərir. Əvvəl məmurları tənqid etmək çətin idi, düşmənçilik edirdilər, indi isə bu proses yoluna düşüb . Ümid edirəm ki, bu qədər tənqidlərdən məmurlar nəticə çıxarar” – deyə deputat əlavə edib.