Bu ölkə rəqəmsal valyutanı dövriyyəyə buraxır

Bu ölkə rəqəmsal valyutanı dövriyyəyə buraxır

Baham Adalarının Mərkəzi Bankı ilk milli rəqəmsal valyutanın istehsalına başlayır.

 24Media xarici KİV-ə istinadən xəbər verir ki, gələn aydan dövriyyəyə buraxılacaq valyuta Sand Dollar adını alacaq.

ABŞ dollarına bağlı olacaq yeni pul vahidi ilə yerli vətəndaşlar internetə qoşulmadan, öz aralarında yaxud hüquqi şəxslərlə telefonda pul əməliyyatları apara biləcək.

Baham Adalarının rəqəmsal ödəmə infrastrukturu yaxud bank xidməti olan yerlərində yenilik böyük rəğbətlə qarşılanıb.