Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm olub

Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm olub

Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm müşahidə edilib.

24Media-nın məlumatına görə, 2021-ciilin yanvar-may aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 85,5 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-may ayları il əmüqayisədə kompüter, elektron vəoptik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 81,5 faiz artıb.

Dövr ərzindəəvvəlki ilin yanvar-may ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 69,7 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 64,1 faiz, məişət soyuducularının istehsalı isə 42,6 faiz artıb.