Elizabet sarayını koronavirus qorxusuna görə tərk etdi

Elizabet sarayını koronavirus qorxusuna görə tərk etdi

İngiltərədə koronavirusdan ölənlərin sayının 21-ə çatması ölkədə çaxnaşmaya səbəb olub.

24media.az xəbər verir ki, 93 yaşlı kraliça Elizabet hökumətin təcili hallar komitəsi iclasından sonra Bukinqam sarayını tərk edib.

Kraliça əri şahzadə Filip və işçiləri ilə Sandrinqamdakı Uindsor mənzilində karantinə alınıblar, hazırda kraliçanın vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, kraliçanın Bukinqam sarayını tərk etməsi səbəbi ilə saraya turist sayı da xeyli azalıb.