BMT beynəlxalq təşkilatları Əfqanıstana kömək etməyə çağırır

BMT beynəlxalq təşkilatları Əfqanıstana kömək etməyə çağırır

Birləşmiş Millətlər, ölkənin ciddi bir humanitar böhranla üzləşdiyini xəbərdar edərək Əfqanıstana 600 milyon dollardan çox yardım toplamağa çalışır.

 

24media BBC-yə istinadən xəbər verir ki, bazar ertəsi günü təşkilat Cenevrədə beynəlxalq dəstək tələb edən konfrans keçirib.

 

BMT-nin Baş katibi Antonio Quterreş: "Onilliklərlə davam edən müharibədən sonra Əfqanlar, bəlkə də, ən təhlükəli anlarla üzləşirlər" deyib. 

O bildirib ki, konfransın hədəfi növbəti dörd ay ərzində humanitar məqsədlər üçün 600 milyon dollardan çox vəsait toplamaqdır.

                                    

Döyüşlər səbəbindən bu il 550 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təxminən 3,5 milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətindədir.

 

Bazar ertəsi keçirilən konfrans, BMT-nin yüksək səviyyəli rəsmilərini və Qırmızı Xaç və müxtəlif beynəlxalq hökumətlər də daxil olmaqla, BMT-nin yanında olan humanitar təşkilatları bir araya gətirib.

 

Toplanması nəzərdə tutulan pulun təxminən üçdə biri BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən istifadə ediləcək. Əvvəllər bildirilirdi ki, əfqanların kifayət qədər ərzaq əldə etmək üçün nağd pulu yoxdur.

 

Bundan əlavə, BMT -nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi, Əfqanıstanın təcili humanitar ehtiyaclarını və məcburi köçkün olan 3,5 milyon insanın vəziyyətini qiymətləndirmək üçün bazar ertəsi günü Kabilə gəldiyini yazıb.

 

Xatırladaq ki, avqustun 15-də Talibanın hücumu nəticəsində Kabil şəhəri işğal olunub və minlərlə insan Əfqanıstanı tərk edib.