Blue Öyster Cultdan 19 il sonra yeni albom xəbəri

Blue Öyster Cultdan 19 il sonra yeni albom xəbəri

İllərin sevilən rok qrupu Blue Öyster Cult "The Symbol Remains" adlanan yeni albomlarının oktyabr ayında təqdim olunacağını bildirib. Maraqlı faktlardan biri budur ki, albom qrupun 2001-ci ildə təqdim olunan "Curse of the Hidden Mirror"dan sonra çıxan ilk albomu olacaq. 

24 Media Ultimate Classic Rock saytına istinadən xəbər verir ki, qrup albom haqqında detalları tamamilə cəmiyyətə açıq elan etməsə də, rəsmi saytlarında paylaşdıqları press-relizdə albomun 14 mahnıdan ibarət olacağını qeyd edib. 

Bundan başqa, qrup üzvləri "Frontiers Music"lə müqavilə imzaladığı və mahnı sözlərin artıq yazılmağa başladığını bildirib. Albom səbəbilə qrup üzvləri - Erik Blum (vokal/gitara), Bak Darma (gitara), Riçi Kastelano (keyboar/gitara) və Culs Radino (zərb alətləri) 2004-dən bəri ilk dəfə ortaq layihədə yer alacaqlar.