Bitkoinin qiyməti 31 min dolları keçib

Bitkoinin qiyməti 31 min dolları keçib

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 4% artaraq 31 min ABŞ dollarını ötüb.

24Media RİA“Novosti”yə istinadən xəbər verir ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 4,17% bahalaşaraq 30 834 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 4,80% dəyər qazanaraq 30 880 ABŞ dollarına yüksəlib.

Daha sonra bitkoinin qiyməti 31 min ABŞ dollar səviyyəsini aşıb və bütün zamanların ən yüksək səviyyəsinə - 31 180 ABŞ dollarına çatıb.

Bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 71,1%-ni təşkil edir.