“Bir inci rəssam” sərgisi açılıb

“Bir inci rəssam” sərgisi açılıb
“Bir inci rəssam” sərgisi açılıb
“Bir inci rəssam” sərgisi açılıb

Yanvarın 31-də “Rolls-Royce Motor Cars Baku”da görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.

24media.az xəbər verir ki, 40-dək sənət əsərinin yer aldığı sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Rolls-Royce Motor Cars Baku”nun dəstəyi ilə reallaşıb.

Sərginin açılışından öncə aparıcı Nərgiz Cəlilova sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov hər iki rəssamın zəngin yaradıcılığından, Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərindən söz açıb. Sərginin önəmini qeyd edən Ağaəli İbrahimov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Ailəsi adından sənətkarların nəvəsi Aqşin Feyzullayev tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.

Sonra unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın “Netmedia” tərəfindən təqdimatı olub.

Saytın yaradılmasında məqsəd hər iki rəssamın yaradıcılığının geniş auditoriyaya çatdırmaqdan ibarətdir.