Bir çox cihazlarda istifadə edilən proqram bağlandı

Bir çox cihazlarda istifadə edilən proqram bağlandı

"Google" şirkəti bu yaxınlarda aldığı qərar ilə çoxlarının sevərək istifadə etdiyi "Google Play Music" proqramını bağlayıb.

24Media xarici mətbuata istinadən xəbər verir ki, "Google" onlayn musiqi xidmətdən istifadə etmək üçün istifadəçilərinə "Google Play Music" adlı bir proqram təqdim etmişdi.

Bəzi "Android" cihazlarda öncədən yüklənmiş olan proqram "Google"un son qurbanı olub. Şirkət aldığı qərar nəticəsində "Google Play Music" adlı proqramını bağlayıb. Şirkət həmin proqramın istifadəçilərinə "YouTube Music"ə keçmələrini tövsiyə edib.

Musiqi proqramının bağlanması bir çoxlarını məyus edib.