Biologiya və jurnalistika ixtisası üçün ingilis dilində monolinqual dərsliklər hazırlanıb - FOTO

Biologiya və jurnalistika ixtisası üçün ingilis dilində monolinqual dərsliklər hazırlanıb - FOTO

Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının müəllimləri Səbinə İsmayılova və  Nigar Seyidova müxtəlif ixtisaslar üzrə dərsliklər hazırlayıb.

24Media xəbər verir ki, CELTA beynəlxalq müəllimlik sertifikatı sahibləri, filologiya üzrə fəlsəfə doktorları Səbinə İsmayılova və Nigar Seyidovanın "Professional English for Biology”, "Professional English for Journalism” və "The Essentials of Academic Writing” kitabları işıq üzü görüb.

"Professional English for Biology" dərsliyi biologiya,  "Professional English for Journalism" dərsliyi jurnalistika ixtisasında təhsil alan tələbələr, eləcə də həmin sahələrə marağı olan şəxslərin ixtisasları üzrə dil biliklərinin inkişafı üçün nəzərdə tutulur.  

"The Essentials of Academic Writing" dərs vəsaiti isə ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər, bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil alan tələbələr üçün faydalıdır.

Gənc müəllimlərin "Riyaziyyat üçün Professional İngilis Dili" (Professional English for Mathematics) adlı ilk kitabları 2018-ci ildə işıq üzü görüb. Kitab nisbətən yüksək ingilis dili biliklərinə malik olan, riyaziyyat ixtisası üzrə təhsil alan tələbələr və riyaziyyata xüsusi marağı olan insanlar üçün nəzərdə tutulub. Dərslik ingilis dilində olduğuna görə, SAT imtahanına hazırlaşan insanların da istifadəsinə uyğundur. "Riyaziyyat üçün Professional İngilis Dili" (Professional English for Mathematics) kitabı 2021-ci ildə yenidən nəşr olunub. 

Hər bir  kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) var.

Kitab əldə etmək istəyənlər [email protected] və [email protected] mail ünvanına yaza bilər. 

Gənc müəllimlərə uğurlar arzulayırıq!