Bığ üstündə tanışını qətlə yetirən şəxsə hökm oxunub

Bığ üstündə tanışını qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkməsində paytaxtda tanışını bıçaqlayan Aleksandır Labutovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

24Media-nın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Labutov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin iyulunda Bakının Zığ qəsəbəsində baş verib. Aleksandır Labutov tanışı Müslüm Qurbanovla birlikdə aptekdən aldıqları 96 faizlik tibbi spirtə su qataraq içiblər. Sərxoş hala düşdükdən sonra Müslüm Qurbanov A.Labutova bığ saxlamasını irad bildirib və qırxmasını tələb edib. Buna etiraz edən Labutov dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan M.Qurbanovun həyatını xilas etmək mümkün olub.