Beynəlxalq Kosmik Stansiya təhlükə ilə üzləşib

Beynəlxalq Kosmik Stansiya təhlükə ilə üzləşib

"SpaceX" şirkətinə "Falcon 9" raketinin qalıqları Beynəlxalq Kosmik Stansiyanın (BKS) 5 kilometr yaxınlığından keçib.

24Media-nın məlumatına görə, bu barədə Rusiyanın "Roskosmos" şirkəti bildirib.

Qeyd olunub ki, qalıqlar stansiyanın işinə hər hansı təsir göstərməyib. BKS-in təhlükəsizlik manevri etməsi üçün zərurət yaranmayıb.

Həmin qalıqların 2019-cu ildə buraxılmış "Falcon 9" raketinə aid olduğu müəyyən edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl BKS-in yaxınlığından naməlum peykin qalıqları keçmişdi. Bununla əlaqədar stansiyada olan amerikalı və rusiyalı kosmonavtlar öz seqmentlərində gizlənmişdi.