Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentinin seçkiləri mart sessiyasında videokonfrans vasitəsi ilə keçiriləcək.
24Media TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tomas Bax mətbuat konfransında məlumat verib.
Qarşıdakı seçkilərdə təşkilatın prezidentliyinə yeganə namizəd T.Bax olacaq.
Olimpiya Komitəsinin iclası 10-12 mart tarixlərində baş tutacaq.