Belarus Qazaxıstana uçuşların sayını artıracaq

Belarus Qazaxıstana uçuşların sayını artıracaq

Belarusun milli “Belavia” aviaşirkəti aprelin 29-dan Minskdən Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərinə uçuşların sayını artıracaq.

24Media xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il aprelin 29-dan etibarən Belarusun “Belavia” aviaşirkəti Minskdən Nur-Sultan və Almatı şəhərlərinə beynəlxalq reyslərin sayını artırmağı planlaşdırır. Minsk – Nur-Sultan marşrutu üzrə uçuşların həftədə beşdən yeddiyə, Minsk - Almatı marşrutu üzrə həftədə üç reysdən yeddi reysədək artırılması planlaşdırılır.

Belə ki, ölkələr arasında həftədə 14 reys EMB 190, EMB 170, Boeing 737 tipli təyyarələrlə sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş qrafikə uyğun həyata keçiriləcək.