BDU rektorunun müşaviri bıçaqlandı

BDU rektorunun müşaviri bıçaqlandı

"Bakı Dövlət Universitetdə baş verən bıçaqlanma hadisəsindən məlumatlıyıq".

 

 

 

24Media Unikal.org-a istinadən xəbər verir ki, bunu açıqlamasında nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

E.Hacıyev bildirib ki, hadisəni törədən şəxs keçirilən təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıb:

 

"Hadisənin təfərrüatları araşdırılır. Mirzə Mirzəyevi 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev bıçaqladığı müəyyən edilib.  Yaralı Mirzə Mirzəyevin vəziyyəti qənaətbəxşdir. Əlavə məlumat veriləcək".------

BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Unikal.org  məlumatına görə, hadisə Bakı Dövlət Universitetində baş verib. 

Hadisəni İsmixan adlı şəxs törədib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər anews.az-a hadisəni təsdiq edib. Bildirib ki, rəsmi açıqlama yaxın zamanda veriləcək.