BDU-nun professoru jurnalistlərə “seçki” iradı tutdu: “Belə yazmayın!”

BDU-nun professoru jurnalistlərə “seçki” iradı tutdu: “Belə yazmayın!”

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, Əməkdar jurnalist Nəsir Əhmədli media nümayəndələrinə çağırış edib.

24media.az  modern.az-a istinadla xəbər verir ki, Nəsir Əhmədli jurnalistlərə "seçkilər" sözündəki "-lər"i yığışdırmağı tövsiyə edib.

“Eləcə "seçki" yazın: bələdiyyə seçkisi, deputat seçkisi, prezident seçkisi."

Nəsir Əhmədli bildirib ki, rəsmi sənədləri, qəzet səhifələrini, efir və ekranları zəbt etmiş “seçkilər” sözü haqqında ayrıca danışmaq lazım gəlir:
“Deyildiyi kimi, rus dilində yalnız cəm halda işlənən xeyli söz var: брюки, вecы, духи, ножницы, noxopoны, часы və s. Bunlar formaca cəm halda olsa da, məzmunca tək isim kimi qavranır və düzgün olaraq dilimizə də tək isim kimi çevirilir: şalvar, tərəzi, ətir, qayçı, dəfn, saat... Bыбopы da belə sözlərdən biridirsə, nəyə görə onu cəm halda işlətməliyik?
Axı söhbət bir prosesdən, bir kampaniyadan gedir: prezident seçkisi, parlament seçkisi, bələdiyyə seçkisi…
Rus dilində həmin sözlərin qrammatik cəhətdən cəm halda işlənməsi iki səbəblə bağlıdır:

1. Həmin sözlərin əks etdirdiyi anlayışlar bir-birinin oxşarı olan azı iki hissədən ibarətdir: şalvarın iki qıçı, tərəzinin iki gözü, qayçının iki qanadı var və s.

2. Həmin sözlərin çoxunda cəm şəkilçisini atanda sözün leksik mənası dəyişilir: вec - çəki; дух -ruh, час - 60 dəqiqəlik vaxt və nəhayət, выбop – seçim.

Bыбopы sözü rus dilində ona görə cəm halda işlənir ki, seçkidə (bir prosesdə) iştirak edən hər kəs öz seçimini edir. Başqa sözlə, seçim konkret bir şəxsə, seçki isə küll halında götürülmüş topluma aid olan anlayışdır".