BDU ilə Tomar Politexnik Universiteti əməkdaşlığa başlayıb

BDU ilə Tomar Politexnik Universiteti əməkdaşlığa başlayıb

Bakı Dövlət Universiteti (BDU) ilə İspaniyanın Tomar Politexnik Universiteti arasında “Erasmus KA 107” layihəsi çərçivəsində anlaşma memorandumu imzalanıb.
Bu barədə 24Media-ya BDU-dan məlumat verilib.
Bildirilib ki, İsveçin Linköpinq Universitetinin koordinatorluq etdiyi “Partnyor universitetlərdə mobil aplikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGnUS layihəsi (Erasmus KA 2) çərçivəsində BDU Portuqaliyanın Tomar Politexnik Universiteti ilə əməkdaşlıq edir.
Qeyd edək ki, 1982-ci ildə əsası qoyulmuş Tomar Politexnik Universitetində 2300-dən çox tələbə təhsil alır. 300-ə yaxın akademik heyətin çalışdığı universitetdə üç məktəb fəaliyyət göstərir.