"Bazel"in futbolçusu "Qarabağ"la oyun üçün azarkeşlərdən dəstək istəyib

İsveçrə "Bazel" klubunun futbolçusu Edon Jeqrova "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçından öncə azarkeşlərə səslənib.

İsveçrə "Bazel" klubunun futbolçusu Edon Jeqrova  "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçından öncə azarkeşlərə səslənib.

24Media "Report"a istinadən bildirir ki, bu barədə klubun rəsmi tviter səhifəsində paylaşılıb. Kosovolu yarımmüdafiəçi vacib qarşılaşmada fanatlarından dəstək istəyib. O, öz tərəfdarlarını görüşün keçiriləcəyi "Sent Yakob Park" stadionuna dəvət edib:

 "Salam, dostlar! Sizin hər birinizi bu böyük oyunda stadionda görmək istəyirəm. Gəlin, bizə dəstək olun, birlikdə qələbə qazanaq".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib.  Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.