Bayden Putinlə müzakirə edəcəyi mövzunu açıqladı

Bayden Putinlə müzakirə edəcəyi mövzunu açıqladı

ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətindədir.

24Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Mən ona bu hüquqları pozmasına imkan verəcək mövqedə dayanmayacağımızı anladacam", - ABŞ rəhbəri Amerikanın milli bayramı, Xatirə günü münasibəti ilə çıxış zamanı deyib.

ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir.