“Bavariya” yeni qapıçısı ilə 5 illik müqavilə imzaladı

“Bavariya” yeni qapıçısı ilə 5 illik müqavilə imzaladı

Almaniyanın "Bavariya" klubu heyətini yeni qapıçı ilə gücləndirib. 

24Media Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq "Şalke"də çıxış edən Aleksandr Nyubeli azad agent kimi heyətinə qatıb. 

24 yaşlı qolkiper tibbi müayinədən keçib və klubu ilə 5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Aleksandr Nyubel bu mövsüm "Şalke"nin heyətində 29 oyun keçirib və 44 qol buraxıb.