Baş nazir: “Gürcüstan və Azərbaycan sərhədlə bağlı dialoqu sürətləndirəcək”

Baş nazir: “Gürcüstan və Azərbaycan sərhədlə bağlı dialoqu sürətləndirəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə David Qareci (Keşikçidağı - red.) məsələsini də müzakirə etdik”.

24Media  xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə məsələ ilə bağlı dialoqun davam etdirilməsi və sürətləndirilməsi barədə razılıq əldə olunub: “Sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya tezliklə fəaliyyətini davam etdirəcək”.

İ.Qaribaşvili komissiyanın növbəti toplantısının tarixinin daha sonra məlum olacağını qeyd edib.