“Barselona”nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu

“Barselona”nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu

İspaniyanın "Barselona" klubunun sabiq qapıçısı Viktor Valdes "Orta" komandasının baş məşqçisi olub. 

24Media-nın məlumatına görə, 38 yaşlı keçmiş qolkiper növbəti mövsümdən 4-cü liqa təmsilçisinə rəhbərlik edəcək. 

Qeyd edək ki, Viktor Valdes 2017-ci ildə karyerasını başa vurub. O, 2019-cu ildən "Barselona"nın gənclər komandasında işləyib. Təcrübəli qapıçı 6 dəfə İspaniya La Liqasının, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Valdes İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatında qızıl medal qazanıb. 

1922-ci ildə təsis edilən "Orta" klubu Kataloniyada yerləşir. Komandanın ən böyük uğuru 1952-ci ildən 1959-cu ilədək İspaniyanın 3-cü liqasında çıxış etməsidir.