"Barselona"da 10 nömrəli formanı geyinəcək futbolçunun adı açıqlanıb

İspaniyanın "Barselona" klubunda 10 nömrəli formanı geyinəcək futbolçunun adı açıqlanıb.
24Media xarici KİV-ə istinadla xəbər verir ki, Lionel Messinin gedişindən sonra bu formanı Ansu Fati geyinəcək.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin də üzvü olan futbolçu zədə səbəbindən ötən ilin noyabrından meydana çıxmır. On doqquz yaşlı hücumçu 2020-2021-ci il mövsümündə keçirdiyi 10 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.