Baqeri: "İran Türkiyə ilə təcrübəsini bölüşməyə hazırdır"

Baqeri:

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Muhəmməd Hüseyn Baqeri və Türkiyə Müdafiə Naziri Hulusi Akar arasında telefon danışığı baş tutub. 24 Media Təsnim xəbər agentliyinə istinadən xəbər verir ki, Baqeri İran silahlı qüvvələrinin koronavirusla mübarizə təcrübəsini Türkiyə ordusu ilə bölüşməyə hazır oldugunu vurğulayıb.

Dövlət rəsmisi qeyd edib ki, bir milyondan çox könüllü Bəsic qüvvələri İranın səhiyyə heyətinə köməyə tələsib. Silahlı qüvvələr tərəfindən 8000-dən çox xəstəyə nəzarət edilib, ölkə üzrə müxtəlif bölgələr dezinfeksiya olunub və minlərlə xəstə yatağı qurularaq xəstəxanalara göndərilib.

Hulusi Akar da öz növbəsində İranı koronavirusla uğurlu mübarizəsinə görə təbrik edib və iki ölkə arasında təcrübə mübadiləsinin mühümlüyünü diqqətə çatdırıb.