Banqladeşdə bərə qəzası baş verib, həlak olanlar var

Banqladeşdə bərə qəzası baş verib, həlak olanlar var

Banqladeşin paytaxtı Dəkkədən keçən Buriqanqa çayında baş verən bərə qəzasında ölən 30 nəfər həyatını itirib. Qəzada ölənlərin cəsədi sudan çıxarılıb.
24Media yerli KİV-lərə istinadla xəbər verir ki, “Səhər quşu” adlı bərə səhər saatlarında qayıqla toqquşma nəticəsində aşıb. Mülki Müdafiə Qərargahından bildiriblər ki, ilkin ehtimala əsasən, bərədə 50-60 nəfər olub. Şahidlərin sözlərinə görə, bəzi sərnişinlər üzərək sahilə çıxa biliblər. Hazırda itkin düşmüş hesab olunan digər şəxslərin axtarışları davam edir. Çayın güclü axını və dalğalar axtarış işlərini çətinləşdirib. Tapılan 30 cəsəd arasında 8 qadın və 3 uşaq var.
Qeyd edək ki, bərə Banqladeşdə ən çox istifadə olunan nəqliyyat növlərindən biridir. Bərələr çox vaxt texniki imkanlarından artıq sayda sərnişin daşıyır.