Bakının Binəqədi və Nəsimi rayonlarında su kəsiləcək

Bakının Binəqədi və Nəsimi rayonlarında su kəsiləcək

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

24media bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.