Bakıda qadın piyadanı avtomobil vurdu

Bakıda qadın piyadanı avtomobil vurdu

Bu gün Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24Medianın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 1963-cü il təvəllüdlü Muradova Tahirə Yolçu qızını minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, müayinə zamanı ona qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.