Bakıda azarkeşlər Türkiyənin oyununu gözləyir - FOTO

Bakıda azarkeşlər Türkiyənin oyununu gözləyir - FOTO

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

24Media-nın məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən TürkiyəUels milliləri üz-üzə gələcək.

Azərbaycanda qardaş ölkə Türkiyənin oyununa maraq isə olduqca böyükdür. Paytaxt küçələrində yüzlərlə azarkeş Türkiyə Milli Komandasının formasını geyinərək qardaş ölkəyə dəstək nümayiş etdirirlər.

Həmin görüntüləri təqdim edirik: